Ramazan bayramı ixtilaflı olmalıdır?!

İslamda yeni ay necə sübüt olunur? – Təhlil
Şəvval ayının hilalının görünməsi Ramazan ayının bitməsi deməkdir.
Günəşi və ayı da yaradan Odur. Onların hər biri öz orbitində üzür. (Ənbiya, 33)
Bu gün xalqımız böyük İslam ümmətinin ayrılmaz bir hissəsi kimi Ramazan ayını başa vurub, Fitr bayramını keçirir. Məscidlərdə bayram namazı qılınır, müsəlmanlar fitrələrini ehtiyacı olanlara sədəqə verir. İnsanları böyük sevinc və bayram əhval- ruhiyyəsi əhatə edir. Buna baxmayaraq cəmiyyətdə, məscidlərdə, sosial şəbəkələrdə, saytlarda ayın hilalının görünməsinin hansı yollarla təyin olunması, bayramın hansı günə düşməsi geniş mübahisələrə də səbəb olub.
Bu hal uzun illərdir ki, xoşagəlməz bir reallığa çevrilib. Bu mübahisələrə bəzən millət vəkilləri, alimlər, cəmiyyətdə tanınmış simalar da qoşulduqda hadisələr daha da üzücü olur. Bəziləri bunu normal qəbul etsə də, fətva digərlərinin tənqid atəşinə tuş gəldi.
Ramazan ayının başlanması bu il ixtilaflara çox da səbəb olmadı. Müsəlman dövlətlərinin böyük əksəriyyəti Ramazan ayının başlanmasında həmfikir oldular. Lakin Şəvval ayının ilk gününün başlanmasında ixtilaf meydana gəldi. Bu ixtilafa səbəbi nə idi?
Əvvəla, qeyd edək ki, Şəvval ayının birinci günü Fitr bayramı qeyd olunur. Şəvval ayının hilalının görünməsi Ramazan ayının bitməsi deməkdir. Bu üzdən Şəvval ayının hilalı göründükdə müsəlmanlar bir-birilərini təbrik edir, səhəri gün fitrə çıxarıb bayram namazına toplaşırlar.
Bayramın müxtəlif günlərdə keçirilməsinin səbəbi isə Şəvval ayının başlanmasının müxtəlif metodlarla təsbit edilməsidən doğulur. Bəziləri bunu astronomik yolla məlum olunmasını, digərləri isə hilalın silahlanmış və ya silahlanmamış gözlə görünməsini höccət saymışlar.
Bir çox müsəlmana ay hilalının (texnika ilə silahlanmış və ya silahlanmamış) gözlə görünməsi höccətdir. Onlar hesab edirlər ki, bu Peyğəmbərin (s) zamanında əldə olunan nəticəyə daha uyğundur. Hədislərdə “ayı gördükdə oruc tutmağa başlayın” və ya “ayın hilalı göründükdə Ramazan ayı bitər” kimi sözlər də bu sıradandır. Yaxud hədislərdə “iki adil şəxsin ayı görməsi kifayətdir” kimi işlədilən sözlər ona dəlalət edir ki, ayın hilalı insanlar tərəfdən görünməsi mümkün olmalıdır. Bu metod göy cisimlərinə uyğun hesablamalarda başqa şəri hökümlərə şamildir.
Məsələn sübh namazını qılmayan şəxsin namazının qəzayə getməsi günəşın çıxması ilə baş verir. Bu hal günəşin insan gözü ilə görünməsi ilədir. Astronomik hesablamanı bu halda tətbiq etsək nəticə fərqli olar. Yer kürəsi ilə günəşin arasındakı məsafə 149.600.000 km – dir. İşığın surəti isə bildiyimiz kimi saniyədə 300.000 km-ə bərabərdir.
Günəşin doğması ilə yer üzündə onun görünməsi arasındakı fərq 8 dəqiqədən çoxdur. 8 dəqiqə ərzində insan bir neçə dəfə sübh namazı qıla bilər. Buna baxmayaraq sübh namazının vaxtı dan yeri söküləndən başlayıb, məhz günəşin insan gözü ilə görünməsi nəticəsində bitir.
Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə (vaxt üçün) hesablama (ölçüsü) etdi.Bu, Qüdrətli və Bilən Allahın müəyyən etdiyi hökmdür. (Ənam, 96) interaz