Sentyabr 29, 2023

MƏSULİYYƏTLİ-MƏSULİYYƏTSİZ

Din adından məsuliyyətsizcəsinə danışanlar məsuliyyətli danışanlara baxanda çoxluq təşkil edir. Bu, hər bir cəmiyyətdə belədir. Din adından məsuliyyətsizcəsinə danışmaq hər hansı bir dini bilgini kiminləsə bölüşəndə onu dəqiq şəkildə araşdırmadan danışmaq deməkdir, hətta bəzən lazım olanda gözünü yumub həmin dini bilgini içindən gəldiyi kimi şərh etmək deməkdir. Dini gözdən salan, insanda ona qarşı nağıl təəssüratı yaradan, onu tənqidə məruz qoyan ən başlıca səbəblərdən biri, mənə görə, din adından məsuliyyətsizcəsinə danışmaqdır.

P.S: Ateistlər dini tənqid edərkən din adından məsuliyyətsizcəsinə danışanların lap başında gəlirlər.E.İmanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.