Sentyabr 27, 2023

TƏNQİD NƏDİR?

MƏDƏNİ JURNALİSTİKANIN ÇAP VƏ ONLAYN KİV-LƏRDƏ ƏSAS FORMALARI RESENZİYALAR, MÜSAHİBƏLƏR, PROFİLLƏR VƏ ÜMUMİ HEKAYƏLƏRDİR (SÖZÜN GENİŞ MƏNASINDA XƏBƏR MATERİALI OLMAYAN HƏR HANSI MƏQALƏ NƏZƏRDƏ TUTULUR). MƏDƏNİYYƏT XƏBƏR MATERİALLARINDA, RƏYLƏRDƏ VƏ BLOQLARDA ƏKS OLUNUR. MƏDƏNİ JURNALİSTİKANIN BU FORMALARININ ÇOXU MÜXBİRLİK VƏ MÜSAHİBƏ KİMİ ƏSAS JURNALİSTİKA BACARIQLARINA ƏSASLANIR. LAKİN ONLAR SADALANANLARLA YANAŞI TƏNQİDİ, YƏNİ TƏNQİDİ QİYMƏTLƏNDİRMƏ BACARIĞINI DA ƏHATƏ EDİR. MƏDƏNİ JURNALİSTİKANIN BİR ÇOX FORMALARINI TƏNQİD ELEMENTİNİN ƏLAVƏ EDİLMƏSİ İLƏ ZƏNGİNLƏŞDİRMƏK MÜMKÜNDÜR. BU, KİMİNSƏ RƏYİNƏ ARXAYIN OLMAQ ƏVƏZİNƏ, İNCƏSƏNƏT HAQQINDA ÖZ RƏYİNİN FORMALAŞDIRILMASI, ALINAN MƏLUMATLARIN FİKİR SÜZGƏCİNDƏN KEÇİRİLMƏSİ DEMƏKDİR. BU SƏBƏBDƏN DƏ, JURNALİSTİKANIN BU SAHƏSİNDƏ SİZ ŞƏXSİ FİKİRLƏRİNİZİ İFADƏ EDƏ VƏ BAŞQALARININ ŞƏXSİ RƏYİNİ GÖRƏ BİLƏRSİNİZ.

Tənqid nədir?  Biz mədəniyyət məhsullarının (kitablar, filmlər və ya televiziya proqramları kimi) yaxşı, yoxsa pis olması, onların bənzər məhsullardan necə fərqlənməsi haqqında daima mühakimə yürütdüyümüzə görə hamımız sözün hansısa mənasında tənqidçiyik. Lakin tənqid sadəcə rəy deyil. Resenziya sübutlara əsaslanan və başqalarını inandırmağı nəzərdə tutan arqumentdir. O, ən yaxşı halda haqqında rəyin bildirildiyi amilin obyektik təsvirinin elementlərini özündə birləşdirməlidir. Rəy kimi resenziya da subyektiv olsa da, tənqidçi yalnız özü üçün deyil, başqa oxucular, dinləyicilər və ya tamaşaçılar üçün də danışmağa çalışır.

Tənqidçilər mədəniyyət və yaradıcılıq sahələrinin dəstəklənməsi və bütün növ incəsənət xadimlərinin sənətlərini inkişaf etdirməsi və auditoriyaya təqdim etməsi üçün şərait yaradılması baxımından çox vacib rol oynayır. Lakin tənqid nə reklam, nə də istehlakçı məsləhətidir. Adamlar resenziya sayəsində kitabı oxusa, filmə və ya şouya baxsa, yaxşı olardı. Amma tənqidçi marketinqdən asılı olmamalıdır. Onların işi konkret nəyisə satmaq yox, maliyyə dəstəyinin olub-olmamasından asılı olmayaraq, incəsənətə diqqət göstərməkdir. Onlar, əslində, aqressiv reklam və ya bahalı reklam əleyhinə padzəhr rolunu oynayır. Tənqidçinin haqqında resenziya yazdığı incəsənət xadiminə və incəsənət formasına qarşı ədalətli olması vacibdir. Lakin onların əsas məsuliyyəti auditoriya qarşısındadır və onlara vicdanla doğru rəyin verilməsidir.

Resenziyanın dili təqdim ediləcəyi auditoriyadan asılıdır. Konseptual incəsənət kimi incəsənət sahələrində tənqidçinin vəzifələrindən biri nəzəri terminləri adi oxucunun başa düşə biləcəyi ifadələrlə əvəz etməkdir. Tənqidçilər

yeni anlayışları izah edərək və bəzən də nələrin uzunömürlü olacağını proqnozlaşdıraraq incəsənətlə auditoriya arasında vasitəçi rolunu oynaya bilər. Onlar bəzən ictimai rəyə qarşı çıxış edərək standartları müəyyən edə və zövq formalaşdıra bilər.

Tənqidi mədəniyyət xəbərlərinin bir hissəsi kimi, müzakirələrə həsr olunmuş forum kimi və sosial problemləri əks etdirən amil kimi oxuya bilərlər. Misal üçün, kitab haqqında resenziyaların auditoriyası resenziyanın yazıldığı kitabı oxuyacaq adamlardan; kitabı artıq oxumuş adamlardan və kitabı heç vaxt oxumayacaq adamlardan ibarətdir. Resenziya faktiki məlumatlar (misal üçün, buraxılış tarixi və bu haqda məlumat və ya obyektlər), təsvir, əsər haqqında məlumat və ya əsərdən sitat, məzmun və qiymətləndirmə, yaxud mühakiməni əhatə etməlidir. Müvafiq kontekst incəsənət xadiminin əvvəlki əsərlərini, digər incəsənət xadimlərinin buna bənzər əsərləri haqqında məlumatı, və janr və ya incəsənət formasının bütövlükdə tarixini əhatə edə bilər. Resenziya incəsənət xadiminin bioqrafiyasının hansısa elementini əhatə edə bilər və bu, mütləq surətdə onun həyat şərtləri, yaxud sənət əsərlərinin bazar dəyəri olmalı deyil. Akademik rəyçilərdən fərqli olaraq xəbər KİV-lərinin rəyçilərindən sonda şəxsi mülahizələrini söyləmələri gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.