İyun 7, 2023

Medianın məlumatına əsasən, Pakistanın keçmiş baş naziri İmran Xan korrupsiya ittihamı ilə həbs edilib

Medianın məlumatına əsasən, Pakistanın keçmiş baş naziri İmran Xan korrupsiya ittihamı ilə həbs edilib

Pakistanın keçmiş baş naziri İmran Xan korrupsiya ittihamı ilə həbs edilib. Məlumatı “BBC” yayır.

 

Medianın məlumatına əsasən, Pakistan hökumətinin keçmiş rəhbəri ölkənin paytaxtı İslamabadda məhkəmə binasına daxil olduqdan sonra hərbiləşdirilmiş qüvvələr tərəfindən həbs edilib. İmran Xan özü qanun pozuntusunu inkar edir və işi siyasi motivli adlandırır.

 

Pakistanın keçmiş baş naziri hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra ona qarşı onlarla iş qaldırılıb. Təhlükəsizlik qüvvələri dəfələrlə İmran Xanı Lahordakı iqamətgahında həbs etməyə cəhd etsə də, tərəfdarları hüquq-mühafizə orqanlarının əməkdaşlarına onu həbs etməyə imkan verməyiblər.

 

İmran Xan Pakistanın baş naziri vəzifəsinə 2018-ci ildə seçilib. Medianın yazdığına görə, o, Pakistan ordusu ilə qarşı-qarşıya gəlib, parlamentdəki çoxluğunu itirib və 2022-ci ilin aprelində vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra İmran Xan ölkə hökumətinin və ordusunun fəal tənqidçisi olub.