Sentyabr 29, 2023

Şarl Mişel – Gürcüstan vətəndaşları kəskin seçim etdiniz, Avropa dəyərləri və azadlıq üçün seçim etdiniz, buna görə də sizin yeriniz bizim ümumi Avropa ailəmizdədir

Şarl Mişel – Gürcüstan vətəndaşları kəskin seçim etdiniz, Avropa dəyərləri və azadlıq üçün seçim etdiniz, buna görə də sizin yeriniz bizim ümumi Avropa ailəmizdədir

Bu gün Avropa Günüdür. Bu, Avropa liderlərinin Gürcüstanın gələcəyinin Avropa İttifaqında olduğunu bəyan etməsindən sonra ilk Avropa Günüdür, – bu barədə Avropa Şurasının prezidenti Şarl Mişel Avropa Günü münasibətilə etdiyi videomüraciətində bildirib.

 

Onun sözlərinə görə, Gürcüstanın yeri ümumi Avropa ailəsindədir.

 

“Siz, Gürcüstan vətəndaşları, kəskin seçim etdiniz, Avropa dəyərləri və azadlıq üçün seçim etdiniz. Ona görə də sizin gələcək yeriniz bizim ümumi Avropa ailəmizdədir. Sizə ən yaxşısını arzulayırıq, biz sizin yanınızdayıq, sizə xoşbəxt Avropa Günü arzulayırıq”, – Şarl Mişel bildirib.