İyun 7, 2023

Çin artıq əhalisinə görə ən böyük ölkə deyil

Çin artıq əhalisinə görə ən böyük ölkə deyil

Birləşmiş Millətlər Təşkilatının (BMT) hesablamalarına görə, Hindistan 2023-cü ilin aprelinə olan əhalinin sayına görə Çini geridə qoyub. Dünyanın ən çox əhalisi olan ölkəsi indi Hindistandır.

 

Adekvat.info xəbər verir ki, BMT Hindistan əhalisinin 1950-ci ildən bu yana ilk dəfə olaraq Çini üstələdiyini bildirib.

 

Ötən il ilk dəfə azalan Çin əhalisi mütləq azalma prosesinə girərkən, Hindistan əhalisinin bu il 1,4 milyardı keçən artımı 2064-cü ilə qədər davam edəcək.