Dmitri Peskov – Ukraynada öldürülən rus döyüşçüləri ilə bağlı Ağ Evin məlumatları havadan götürülüb, onun düzgün rəqəmlər söyləmək imkanı yoxdur

Kreml son 5 ayda Ukraynadakı müharibədə 20 minə qədər rus döyüşçünün həlak olması ilə bağlı Ağ Evin məlumatını təkzib edir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, “bu rəqəmlər havadan gətirilib”.
“Vaşinqtonun düzgün rəqəmlər vermək imkanı yoxdur, onlarda belə məlumatlar yoxdur. Yalnız Rusiya Müdafiə Nazirliyinin dərc etdiyi məlumatlara etibar etməlisiniz”, – Peskov bildirib.
Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə sözçüsü bu yaxınlarda bildirib ki, kəşfiyyat məlumatlarına görə, 2022-ci ilin dekabrından bu günə qədər Ukraynada 20 minə qədər rus döyüşçüsü öldürülüb, 80 minə qədər isə yaralanıb.
Eyni zamanda, Kremldə hesab edirlər ki, Almaniyanın Ukrayna müharibəsində birbaşa və ya dolayı iştirakı hər gün artır və Berlin öz silahlarının Ukrayna tərəfindən Rusiya ərazisində istifadə olunmayacağını təmin edə bilməyəcək.
“Almaniyanın bunu yoxlamaq imkanı yoxdur. İkincisi, Almaniyanın Kiyev rejiminə verdiyi silahlar artıq Rusiya ərazilərində istifadə olunur, çünki Donbass Rusiyanın bölgəsidir”, – Peskov qeyd edir.