İyun 6, 2023

ABŞ-ın Çindəki səfiri – ABŞ Çinin ruslara müharibəni dayandırmağa dair tövsiyələrində daha sərt olmasını istəyir

ABŞ-ın Çindəki səfiri – ABŞ Çinin ruslara müharibəni dayandırmağa dair tövsiyələrində  daha sərt olmasını istəyir

Amerika Birləşmiş Ştatları Çinin ruslara müharibəni bitirmək barədə tövsiyələrində daha sərt olmasını istəyir – bu haqda Amerika Birləşmiş Ştatlarının Çindəki səfiri Nikolas Berns bildirib.

 

“Biz Çinin, Rusiyanın qoşunlarını Ukraynadan çıxartdırmasını istərdik ki, Ukrayna öz ərazilərini geri qaytarsın və sözün hər mənasında tam suveren olsun. Biz Çinin Rusiyanı Ukraynadakı məktəbləri, xəstəxanaları və yaşayış binalarını bombalamasını dayandırmağa sövq etdiyini görmək istəyirik”, – deyə Börns bildirib.

 

Amerikalı diplomatın qeyd etdiyi kimi Ukraynanın, ABŞ-ın istədiyi və Avropa ölkələrinin bəyənəcəyi budur. Onun dediyinə görə, Çin prezidenti Si Tsinpinlə Ukrayna prezidenti Volodimir Zelenski arasında danışığın olması “yaxşı ilk addım”dır, lakin bundan sonra hansısa hərəkətin olub-olmayacağı bəlli deyil.

 

ABŞ-ın Çindəki səfiri bildirib ki, ABŞ bir çox aydır ki, Çinin Rusiyaya mümkün hərbi yardım etməsini izləyir.

 

“Biz müharibəni bitirmək üçün mümkün qədər tez hərəkətə keçmək istəyirik”, – qeyd edib Berns.