İyun 7, 2023

Volodimir Zelenski – tərəfdaşlarımızla birlikdə Rusiyaya qarşı böyük sanksiyalar paketi hazırlayırıq

Volodimir Zelenski – tərəfdaşlarımızla birlikdə Rusiyaya qarşı böyük sanksiyalar paketi hazırlayırıq

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini anons etdi. Bu barədə Ukrayna prezidenti gündəlik müraciətində danışdı.

 

Zelenski Ukraynanın prioritetlərini açıqlayıb. Onun sözlərinə görə, hazırda Ukrayna hökuməti Rusiyaya qarşı sanksiyalar mexanizmlərinin gücləndirilməsinə yönəlib.

 

“Mən həm bizim, həm də tərəfdaşlarımızın sanksiyalar rejimlərinin gücləndirilməsi ilə bağlı görüş keçirdim. Biz terrorçu dövlətlərin sanksiyalardan necə yan keçməyə çalışdığını diqqətlə izləyir, hər bir belə hərəkətin hesabatını aparır və bunun qarşısını almaq üçün tərəfdaşlarımızla işləyirik. Biz böyük sanksiyalar paketi hazırlayırıq”, – deyə Zelenski bildirib.

 

Ukrayna prezidentinin sözlərinə görə, may ayı diplomatik görüşlər baxımından da yüklənmiş olacaq.

 

“Ukrayna üçün may və sonrakı aylar beynəlxalq sahədə aktiv olacaq. Bizim müdafiəmizi gücləndirəcək çoxlu danışıqlar, beynəlxalq tədbirlər olacaq. Biz hər şey üzərində işləyirik. Bu gün mən bu həftə və yaxın gələcəkdə planlaşdırılanlarla bağlı bir neçə görüş keçirdim”, – deyə Ukrayna prezidenti bildirib.

 

Zelenski çıxışında Baxmut istiqamətini qoruyan hərbi hissələrə təşəkkür edib və onların effektli hərəkət etdiyini bildirib.