Mart 25, 2023

Türk mediası – Malatya əyalətində 5,6 bal gücündə zəlzələ baş verib, 1 nəfər həlak olub, 69 nəfər yaralanıb

Türk mediası – Malatya əyalətində 5,6 bal gücündə zəlzələ baş verib, 1 nəfər həlak olub, 69 nəfər yaralanıb

Türkiyədə 5,6 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri şərqdəki Malatya əyalətində qeydə alınıb. Məlumatı türk mediası yayır.

 

Yayılmış məlumata əsasən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 69 nəfər isə yaralanıb. Zəlzələ yeddi kilometr dərinlikdə baş verib. Qaziantep də daxil olmaqla bir neçə qonşu əyalətdə hiss olunub.

 

Fevralın 6-da baş verən güclü zəlzələ nəticəsində son məlumatlara əsasən Türkiyədə 44 374 nəfər ölüb.