Sentyabr 29, 2023

İrakli Ğaribaşvili amerikalı senatorlarla Gürcüstan və ABŞ arasında tərəfdaşlıq nəticəsində müxtəlif sahələrdə əldə olunan irəliləyişi müzakirə edib

İrakli Ğaribaşvili amerikalı senatorlarla Gürcüstan və ABŞ arasında tərəfdaşlıq nəticəsində müxtəlif sahələrdə əldə olunan irəliləyişi müzakirə edib

Gürcüstanın Baş naziri İrakli Ğaribaşvili ABŞ senatorları Cin Şahin və Riçard Durbinlə görüşüb.

Baş nazirin mətbuat xidmətinin məlumatına əsasən müzakirə olunan məsələlər arasında Gürcüstan və Amerika Birləşmiş Ştatları arasında mövcud strateji tərəfdaşlıq və bu tərəfdaşlıq nəticəsində müxtəlif sahələrdə əldə olunan irəliləyişlər olub.

İki ölkə arasında tərəfdaşlığın ümumi dəyərlərə və maraqlara əsaslandığı, Gürcüstanın Amerika Birləşmiş Ştatlarının regionda və onun hüdudlarından kənarda etibarlı tərəfdaşı və sadiq müttəfiqi olduğu, ABŞ-ın güclü ikitərəfli dəstəyini yüksək qiymətləndirdiyi qeyd olunub.

Görüşdə senatorların Avropa regionu və dünya üçün kritik bir zamanda səfərinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb və Amerika Birləşmiş Ştatlarının dəstəyinin cəmiyyət üçün mühüm siqnal olduğu qeyd olunub”-deyə Baş nazirin mətbuat xidmətinin məlumatında deyilir.

İrakli Ğaribaşvili Gürcüstanın Amerika Birləşmiş Ştatlarının iştirakı və dəstəyinin ölkənin demokratik təsisatlarını, müdafiə qabiliyyətini və iqtisadi artımı təşviq etdiyinin bariz nümunəsi olduğunu bildirib.

Baş nazirin mətbuat xidmətindən verilən məlumata əsasən görüşdə əməkdaşlığın daha da dərinləşdirilməsi perspektivləri müzakirə olunub.

“Görüşdə həmçinin Gürcüstanın Avropaya inteqrasiya yolunda əldə etdiyi nəzərəçarpacaq irəliləyişlərə də toxunulub. Bildirilib ki, Avropa İttifaqının tövsiyələrinin əksəriyyəti tam yerinə yetirilib, bəzi qanunvericilik aktları isə rəy verilməsi üçün Venesiya Komissiyasına göndərilib. Avropa İttifaqına inteqrasiya prosesində Amerika Birləşmiş Ştatlarının qəti dəstəyinin vacibliyi vurğulanıb.

Gürcüstanın işğal olunmuş ərazilərindəki vəziyyətə toxunulub. İrakli Ğaribaşvili Lui Bononun Cənubi Qafqaz danışıqlarında baş məsləhətçi təyin olunmasını alqışladığını bildirib. Hökumət başçısı senatorlara Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə göstərdikləri qətiyyətli dəstəyə görə təşəkkür edib.

Görüşdə regionda və dünyada təhlükəsizlik vəziyyəti, çağırışlar da müzakirə olunub. Münaqişələrin sülh yolu ilə həllinin vacibliyi vurğulanıb” -deyə Baş nazirin mətbuat xidmətinin məlumatında qeyd olunub.

Hökumət Administrasiyasında keçirilən görüşdə Amerika Birləşmiş Ştatlarının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Kelli Deqnan və Hökumət Administrasiyasının rəhbəri Revaz Cavelidze iştirak ediblər.