Rəcəb Tayyib Ərdoğan zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə tədbirlərində iştirak edən gürcü xilasedicilərinə təşəkkür edib

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan gürcü xilasetmə dəstəsinin üzvlərinin müxtəlif ölkələrin xilasetmə xidmətləri ilə birlikdə zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə tədbirlərini həyata keçirdiyi Hatay vilayətinin Antakya şəhərinə səfər edib.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən Türkiyə Respublikasının Prezidenti müxtəlif ölkələrin nümayəndələri ilə şəxsən görüşüb, xilasetmə işlərinin gedişatı ilə yerindəcə tanış olub.
Verilmiş məlumatda Rəcəb Tayyib Ərdoğanın zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə tədbirlərində iştirak edən xilasetmə qruplarına şəxsən təşəkkür etdiyi deyilir.
“Gürcüstan Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Xidmətinin yanğınsöndürənləri və xilasediciləri Türkiyə tərəfi ilə koordinasiya ilə Hatay vilayətinin Antakya şəhərində hələ də zəlzələnin nəticələrinin aradan qaldırılması və xilasetmə tədbirlərini davam etdirirlər.
Gürcü xilasedici qrup Gürcüstanın Baş nazirinin qərarı ilə Türkiyə Respublikasındadır”-deyə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunur.