Sentyabr 29, 2023

Vladimer Putin – Almaniyanı indi yeni müharibəyə sürükləyənlər və qələbə gözləyənlər Rusiya ilə müasir müharibənin fərqli olacağını başa düşmürlər

Vladimer Putin – Almaniyanı indi yeni müharibəyə sürükləyənlər və qələbə gözləyənlər Rusiya ilə müasir müharibənin fərqli olacağını başa düşmürlər

Almaniyanı indi yeni müharibəyə sürükləyənlər və qələbə gözləyənlər Rusiya ilə müasir müharibənin fərqli olacağını başa düşmürlər-bu barədə Rusiya Prezidenti Vladimer Putin açıqlayıb.

 

Putin Rusiyanın hələ də alman “Leopard” tankları ilə təhdid edildiyini, onların yenə də Rusiya Federasiyası ilə Ukrayna torpağında banderlərin əli ilə döyüşməyə hazırlaşdığını bildirib.

 

Putin müasir qiyafədə nasizmin Rusiya üçün təhlükə yaratdığını qeyd edir.

 

“Nasizm ideologiyasının müasir qiyafəsində, müasir təzahüründə yenidən ölkəmizin təhlükəsizliyinə birbaşa təhdid yaratdığına indi təəssüf ki, şahid oluruq. Biz yenidən kollektiv Qərbin təcavüzünü dəf etmək məcburiyyətindəyik. Avropa ölkələrini, o cümlədən Almaniyanı Rusiya ilə yeni müharibəyə aparanlar, üstəlik məsuliyyətsiz şəkildə bunun baş tutmuş fakt olduğunu deyənlər, Rusiyanın döyüş meydanında məğlubiyyətə uğrayacağını gözləyənlər, görünür, Rusiya ilə müasir müharibənin tamamilə fərqli olacağını başa düşmürlər. Biz tanklarımızı onların sərhədlərinə göndərmirik, lakin cavab vermək üçün vasitəmiz var və bu, zirehli texnikanın istifadəsi ilə bitməyəcək”- deyə Vladimer Putin açıqlayıb.