Sentyabr 27, 2023

Portuqaliyanın baş naziri bəyan edir ki, Portuqaliya Ukraynaya “Leopard 2” tanklarını göndərəcək

Portuqaliyanın baş naziri bəyan edir ki, Portuqaliya Ukraynaya “Leopard 2” tanklarını göndərəcək

Portuqaliyanın baş naziri, Antoniu Koşta təsdiq edir ki, Portuqaliya Ukraynaya “Leopard 2” tanklarını göndərəcək

 

“Reuters” agentliyinin məlumatına görə, Antoniu Koşta Kiyevə nə vaxt və neçə tankın çatdırılacağını dəqiqləşdirməyib.

 

Portuqaliyanın baş nazirinin qeyd etdiyi kimi, hazırda Almaniya ilə, Portuqaliyaya məxsus tankların təmiri üçün lazım olan ehtiyat hissələrinin alınması ilə bağlı danışıqlar aparılır.

 

Portuqaliya ordusunun silahlanmasında 37 ədəd “Leopard 2A6” tankı var, lakin yerli medianın məıumatına görə, onların əksəriyyəti dayandırılıb.

 

Portuqaliyanın baş naziri həmçinin qeyd etdi ki, Ukraynaya tankların göndərilməsi ölkənin milli hərbi potensialına təchizat baxımından təhlükə yaratmayacaq.