Fevral 9, 2023

Türkiyədə növbəti prezident və parlament seçkilərinin vaxtı açıqlandı

Türkiyədə növbəti prezident və parlament seçkilərinin vaxtı açıqlandı

Türkiyədə növbəti prezident və parlament seçkiləri mayın 14-də keçiriləcək.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Parti) Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışında məlumat verib.

Türkiyəni inkişaf və güclənmək yolundan onları heç kimin saxlaya bilməyəcəyini diqqətə çatdıran dövlət başçısı deyib ki, mərhum Menderes 1950-ci il mayın 14-də “Bəsdir daha, söz millətindir!” deyərək millətin qəlbinə girmiş və seçkilərdən qalib çıxıb:

“Millətimiz 73 il sonra bir daha eyni gün müstəmləkədə qalmaq həvəsində olanlara “Bəsdir!” deyəcək”.

Xatırladaq ki, Türkiyədə bu seçkilər vaxtı iyunun 18-ə təyin olunmuşdu. Lakin dövlət rəsmləri həmin tarixdə vətəndaşların müəyyən hissəsinin tətildə olacağı səbəbindən səsvermənin vaxtının irəli çəkilməsinin zəruriliyini demişdilər.

Eyni zamanda, dəfələrlə bildirilib ki, səsvermə tarixinin dəyişdirilməsi “növbədənkənar seçki” anlayışına gəlməməlidir.