Fevral 9, 2023

Stoltenberq, Lyayen və Şarl Mişel görüşdü

Stoltenberq, Lyayen və Şarl Mişel görüşdü

NATO-nun Baş katibi Yens Stoltenberq Avropa İttifaqının Prezidenti Ursula fon der Lyayen və Avropa Şurasının rəhbəri Şarl Mişellə görüşüb.

Görüş NATO-nun mənzil-qərargahında baş tutub.

NATO-nun Baş katibi Stoltenberq görüşlə bağlı fikirlərini bildirib:

“NATO ilə Avropa İttifaqı arasındakı tərəfdaşlığı növbəti səviyyəyə çıxarmaqda qərarlıyıq. Finlandiya və İsveç NATO-nun tamhüquqlu üzvü olduqda NATO-Aİ tərəfdaşlığı daha da vacib olacaq və onların iştirakı ilə NATO Avropa İttifaqı vətəndaşlarının 96 faizini və öz ərazisinin daha çox hissəsini əvvəlkindən daha çox müdafiə edəcək”.

“Putin NATO-nun daha zəif olmasını istəyirdi. Amma bunun əksi oldu. Bu, daha çox NATO və Aİ tərəfindən əldə edildi”,- deyə Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib.

Avropa İttifaqının Prezidenti Ursula fon der Lyayen görüşlə bağlı fikirlərini ifadə edib:

“Rusiya Ukraynaya qarşı müharibəni başlatdıqdan sonra Aİ-NATO əməkdaşlığımız daha da güclənib. Bu gün biz yeni Birgə Bəyannamə ilə əməkdaşlığımızı növbəti səviyyəyə qaldırırıq. Biz mükəmməl əməkdaşlığımızı dərinləşdirəcək və genişləndirəcəyik”.