Fevral 9, 2023

Yunanıstanın sonuncu kralı öldü

Yunanıstanın sonuncu kralı öldü

Yunanıstanın sonuncu kralı II Konstantin 82 yaşında dünyasını dəyişib.

II Konstantin Afinada xəstəxanada vəfat edib. Keçmiş kralın ölümünə səbəb insult olub.

Qeyd olunur ki, II Konstantin son illər səhhəti ilə bağlı ciddi problemlər yaşayıb. Belə ki, o, ötən il də insult keçirib. II Konstantin 1964-cü ildən 1974-cü ilə qədər taxtda olub. 1974-cü ildə Yunanıstanda keçirilən referendum nəticəsində ölkədə monarxiya ləğv edilib.