Sentyabr 29, 2023

Rusiya və Çinin bu addımı ABŞ-ı TƏŞVİŞƏ SALDI

Rusiya və Çinin bu addımı ABŞ-ı TƏŞVİŞƏ SALDI

ABŞ Ukraynada keçirilən “xüsusi əməliyyat” fonunda Rusiya və Çin arasında əlaqələrin dərinləşməsindən təşvişə düşüb.

 

Adekvat.info xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

 

Co Baydenin sözçüsü, “Rusiya Ukraynada təcavüz müharibəsi apardığı bir vaxtda belə, Çinin Rusiya ilə əlaqələrinin dərinliyindən narahat olduğumuzu açıq şəkildə bildirdik” – deyib.

 

Eyni zamanda o, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Tszinpinin gözlənilən görüşünə münasibət bildirməyib.