Efiopiya 2015-ci ilə qədəm qoydu

Efiopiya öz təqvim və zaman sistemindən istifadə keçib.
Adekvat.info xəbər verir ki, ölkə özünün yeni təqvim tarixinə – 2015-ci ilə qədəm qoyub.
Məlumata görə, Efioriyada “enkutata” adlanan ilin birinci günü həm də yağışlı mövsümün sonu və məhsul yığım dövrünün başlanğıcı hesab edilir.
Qeyd edək ki, Efiopiya təqvimi Günəşə əsaslanır və Qriqorian təqvimindən 7 il 8 ay geri qalır.