İrəvanda ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı artıb

İrəvandakı “Sürməlu” ticarət mərkəzində baş verən partlayış nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
İrəvanda “Sürməlu” ticarət mərkəzində baş verən partlayış nəticəsində yaralananların sayı 26 nəfərə çatıb. TASS xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb .
Nazirlik zərərçəkənlərin şəhərdəki xəstəxanalarda müalicə olunduğuna aydınlıq gətirib.
Daha əvvəl ticarət mərkəzində baş verən partlayış nəticəsində 20 nəfərin yaralandığı, bir nəfərin öldüyü bildirilirdi .
İrəvandakı “Sürməlu” ticarət mərkəzində partlayış avqustun 14-ü günorta saatlarında baş verib. İlkin məlumata görə, hadisə pirotexnika anbarında baş verib, daha sonra yanğın başlayıb. Hadisə şahidlərindən birinin dediyinə görə , hələ də kiçik partlayışlar eşidilir.
Partlayış nəticəsində ticarət mərkəzinin binası dağılıb, insanlar dağıntılar altında qala bilər. Hadisə yerində olan ətrafdakılar da daxil olmaqla, orada xilasetmə işləri aparılır.