Sentyabr 29, 2023

Kərbəlada Aşura günündə 6 milyon zəvvar olub

Kərbəlada Aşura günündə 6 milyon zəvvar olub

 

İraq rəsmiləri Bağdad, Kərbəla, Nəcəf Əşrəf və Kazimeyndə builki xüsusi Aşura təhlükəsizlik və xidmət planlarının uğurunu vurğulayaraq elan ediblər: “Aşura günü Kərbəlada altı milyon və Kazimeyndə iki milyon zəvvar iştirak edib.

 

Adekvat.info xəbər ki, Kərbəla valisinin müavini Əli Əl-Miyali çərşənbə axşamı axşam bildirib ki, Aşura günü Kərbəlada zəvvarların sayı altı milyon zəvvara çatıb.

 

O, Kərbəlada Aşura mərasimi zamanı heç bir təhlükəsizlik pozuntusunun baş vermədiyini və bu mərasim üçün xüsusi təhlükəsizlik planının uğurla həyata keçirildiyini vurğulayıb. Təhlükəsizlik qüvvələri əyalətdə 20-dən çox termal kamera ilə vəziyyəti tam nəzarət altında saxlayıb.

 

Həmçinin Kazimeyndə Aşura günlərində zəvvarların sayının iki milyon nəfəri keçdiyi açıqlanıb.