Sentyabr 29, 2023

YAXIN ŞƏRQBöyük oğlunu baş nazir təyin etdi

YAXIN ŞƏRQBöyük oğlunu baş nazir təyin etdi

Şeyx Əhməd Nəvaf əl-Əhməd Küveytin baş naziri təyin edilib.

 

Adekvat.info xəbər verir ki, məlumatı Küveytin rəsmi xəbər agentliyi “KUNA” yayıb.

 

Məlumatda bildirilir ki, Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah yeni hökuməti qurmaq üçün böyük oğlu Şeyx Əhməd Nəvaf əl-Əhmədi baş nazir təyin edib.

 

Fərmana əsasən, yeni kabinetin nazirləri müəyyənləşdikdən sonra təzə hökumətin tərkibini Küveyt əmiri Şeyx Nəvaf özü təsdiqləyəcək.

 

Qeyd edək ki, Küveyt əmirinin böyük oğlu Şeyx Əhməd Nəvaf əvvəllər baş nazirin müavini və daxili işlər naziri vəzifələrində çalışıb.