Çin tamamilə təkrar istifadə edilə bilən super ağır raket yaradacaq

SpaceNews: Çin tamamilə təkrar istifadə edilə bilən super ağır raket hazırlayır
Çin SpaceX-in Starship nəqliyyat sisteminin klonuna bənzəyən tamamilə təkrar istifadə edilə bilən super ağır iki mərhələli raket hazırlayır . Bu barədə Amerikanın “SpaceNews” nəşri məlumat yayıb.
Diametri 10,6 metr olan raketin birinci pilləsi 200 ton dartma gücünə malik 26 mühərriklə təchiz ediləcək. Daşıyıcı aşağı Yer orbitinə 150 ton, geosinxron ötürmə orbitinə 65 ton və ya Ay orbitinə 50 ton faydalı yük çatdırmağa imkan verəcək.
Perspektivli daşıyıcının inkişafı birdəfəlik super ağır “Long March 9” raketinin yaradılması ilə paraleldir.Daşıyıcının ilk buraxılışı 2035-ci ilə planlaşdırılır.
İyul ayında Amerikanın SpaceX şirkətinin yaradıcısı, sahibkar İlon Mask elan etdi ki, insanları və yükləri dərin kosmosa göndərmək üçün nəzərdə tutulmuş Starship təkrar istifadə edilə bilən kosmik gəmi prototipinin ilk orbital uçuşu avqustda baş tuta bilər.
Həmin ay “The Drive ” çinli mütəxəssislərin “qiyamət silahı” sayılan Rusiyanın “Poseydon” nüvə torpedosunun “büdcəli” versiyasını hazırladığını qeyd edib .