Avqust 10, 2022

Çin Rusiyadan rekord ucuz qiymətə neft alır

Çin Rusiyadan rekord ucuz qiymətə neft alır

Reuters: Rusiya Çinə neft tədarükündə lider oldu

Çinin Rusiya xam neftinin idxalı may ayında əvvəlki illə müqayisədə 55 faiz artaraq rekord həddə çatıb. Rusiya Çinə xammal tədarükündə Səudiyyə Ərəbistanını əvəz etdi və lider oldu, Reuters yazır .

 

Çin Baş Gömrük İdarəsinin məlumatına görə, ümumilikdə Rusiyadan neft idxalı təxminən 8,42 milyon ton təşkil edib. Bu, sutkada təqribən 1,98 milyon barelə bərabərdir və ölkənin aprel ayında aldığından dörddə bir çoxdur. Moskva beş aylıq fasilədən sonra dünyanın ən böyük xam neft idxalçısının tədarükçüləri reytinqində birinci yeri bərpa edib.

Eyni zamanda, Çində xam neftə ümumi tələbat COVID-19 ilə bağlı məhdudiyyətlər, eləcə də iqtisadiyyatın yavaşlaması səbəbindən azalıb. Aparıcı idxalçılar, o cümlədən emalı nəhəngi Sinopec və treyder Zhenhua Oil, İran və Venesueladan tədarüklərə əlavə olaraq daha ucuz Rusiya xam neftini almağa başlayıblar.

Səudiyyə Ərəbistanı may ayında illik müqayisədə 9 faiz artaraq 7,82 milyon tona yüksəlməklə Çinin ikinci ən böyük tədarükçüsü oldu.

 

Daha əvvəl bildirilmişdi ki, Rusiya neftinin dəniz yolu ilə Çinə çatdırılması xüsusi hərbi əməliyyatdan əvvəlki rəqəmlərlə müqayisədə üç dəfə bahalaşıb