Avqust 10, 2022

Pakistanda daşqınlarda 25 nəfər ölüb

Pakistanda daşqınlarda 25 nəfər ölüb

Pakistanda güclü daşqınlar insan itkisinə səbəb olub.

 

Adekvat.info “Daily Times” qəzetinə istinadən xəbər verir ki, Pakistanın qərbində yerləşən Bəlucistan əyalətində leysan yağışlar daşqınlarla nəticələnib.

Təbii fəlakət nəticəsində ən azı 25 nəfərin öldüyü, 35 nəfirin xəsarət aldığı xəbər verilir.

 

Ölənlər arasında uşaqlar da var.

 

Daha çox ziyan əyalətin mərkəzi Kvetta şəhərinə dəyib.

 

Bəlucistan hökuməti fəlakətlə mübarizə məqsədilə Kvettada fövqəladə vəziyyət elan edib.