İyun 6, 2023

Arestoviç: “Severodonetsk və Lisiçansk uğrunda döyüşlər kuliminasiya mərhələsinə daxil olub”

Arestoviç: “Severodonetsk və Lisiçansk uğrunda döyüşlər kuliminasiya mərhələsinə daxil olub”

Severodonetsk və Lisiçansk uğrunda döyüşlər kuliminasiya mərhələsinə daxil olub.

 

Adekvat.info CNN-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidentinin müşaviri Aleksey Arestoviç ölkənin milli telekanalına açıqlamasında deyib.

“Bu mərhələ hərbi nöqteyi-nəzərdən olduqca dəhşətli görünür”, – o vurğulayıb.

 

Arestoviç hazırkı vəziyyəti “boksun 18-ci raundu”na bənzədib.

 

“Ora iki artilleriya batalyonu göndərən istənilən tərəf döyüşdə qalib gələcək. Gəlin görək, kim göndərəcək. Kimin (bu batalyonları) var. Bunu hər iki tərəfdən də yalnız hərbi komandanlıq bilir”, – Prezidentin müşaviri əlavə edib.