İyul 6, 2022

Putin Xəzəryanı dövlətlərin Aşqabad Sammitində iştirak edəcək

Putin Xəzəryanı dövlətlərin Aşqabad Sammitində iştirak edəcək

Gələn həftə Aşqabadda Xəzəryanı dövlətlərin Sammiti keçiriləcək.

 

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Abdullahiyanla Tehranda danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O, iranlı həmkarı ilə danışıqlarda Xəzər problematikasının da müzakirə olunduğunu qeyd edib: “Biz İranla Xəzər “beşliyi”nin iştirakçısıyıq. Gələn həftə Aşqabadda Xəzər dövlətlərinin Sammiti keçiriləcək. Biz bu vacib tədbirə hazırlıqla bağlı fəaliyyətimizi razılaşdırdıq”.

 

Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Xəzəryanı ölkələrin dövlət başçılarının sayca altıncı Sammitində iştirak edəcəyini təsdiqləyib. O, Putinin bu tədbirdə əyanı iştirakının planlaşdırıldığını vurğulayıb.

 

Qeyd edək ki, Xəzəryanı dövlət başçılarının VI Sammiti iyunun 29-da Aşqabadda keçiriləcək. V Xəzər Sammiti 2018-ci il avqustun 11-də Aktauda keçirilib. Həmin Sammitdə Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya imzalanıb.