İyul 6, 2022

Ukraynada “Rus Radiosu”nun adı dəyişdirilərək “Radio Bayraktar” oldu

Ukraynada “Rus Radiosu”nun adı dəyişdirilərək “Radio Bayraktar” oldu

Ukraynanın Televiziya və Radio Yayımları üzrə Milli Şurası “Rus Radiosu – Ukrayna” radiostansiyasının adını “Radio Bayraktar” olaraq dəyişib.

 

Bununla da Türkiyə istehsalı “Bayraktar TB2” PUA-larının Ukraynanın müdafiəsinə verdiyi töhfə bir daha vurğulanıb.

 

Qeyd edək ki, hazırda Ukrayna Silahlı Qüvvələri ölkə ərazisindəki hərbi əməliyyatlarda adıçəklən zərbə dronlarından geniş istifadə edir.