İsveç Baş naziri: “Türkiyə ilə istənilən problemi həll etməyə hazırıq”

İsveçin Baş naziri Maqdalena Andersson Türkiyə ilə əməkdaşlığa hazır olduqlarını açıqlayıb.
Adekvat-ın xəbərinə görə, bu barədə “NTV“ telekanalı məlumat yayıb.
“Türkiyə ilə danışaraq istənilən problemi həll etməyə hazırıq. NATO üzvü olaraq Türkiyə ilə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik”, – deyə o bildirib.