Mart 25, 2023

“Azovstal”dan yaralı ukraynalı hərbçilərin təxliyəsinə başlanılıb

“Azovstal”dan yaralı ukraynalı hərbçilərin təxliyəsinə başlanılıb

Mariupoldakı “Azovstal” zavodunda olan yaralı ukraynalı hərbçilərin təxliyəsinə başlanılıb.

 

Bu barədə Müdafiə Nazirliyi məlumat verib.

 

“Mayın 16-da Mariupoldakı “Azovstal” metallurgiya zavodunun ərazisindəki ukraynalı hərbçilərin nümayəndələri ilə aparılan danışıqlar nəticəsində yaralıların çıxarılması barədə razılıq əldə olunub”, – deyə nazirliyin məlumatında bildirilir.

 

Rusiya MN-in məlumatına görə, zərərçəkənlər Novoazovsk xəstəxanasına yerləşdirilib.