İyul 6, 2022

İordaniya kralının qohumuna həbs cəzası verilib

İordaniya kralının qohumuna həbs cəzası verilib

İordaniya məhkəməsi kral II Abdullanın qohumu Valid əl-Kürdini qiyabi olaraq 18 il müddətinə həbs edib.

 

Adekvat-ın məlumatına görə, o, korrupsiyada və vəzifə səlahiyyətlərini aşmaqda təqsirli bilinib.

 

Məhkəmə, eyni zamanda, V.əl-Kürdini 268 milyon dollara yaxın məbləğdə cərimələyib. Qeyd olunur ki, II Abdullanın bibisinin yoldaşı olan Valid əl-Kürdi İordaniya fosfat hasilatı şirkətinin baş direktoru olduğu müddətdə hasilat müqavilələri ilə fırıldaq əməliyyatları həyata keçirib.

 

Bir müddət əvvəl İordaniyanı tərk etmiş V.əl-Kürdinin hazırda Böyük Britaniyada yaşadığı deyilir.