Avqust 10, 2022

Ukrayna Baş Qərargahı – tanınmamış Dnestryanı bölgəsində Rusiya ordusunun əməliyyat qrupları tam döyüş hazırlığı vəziyyətinə gətirilib

Ukrayna Baş Qərargahı – tanınmamış Dnestryanı bölgəsində Rusiya ordusunun əməliyyat qrupları tam döyüş hazırlığı vəziyyətinə gətirilib

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, tanınmamış Dnestryanı bölgəsində Rusiya ordusunun əməliyyat qrupları tam döyüş hazırlığı vəziyyətinə gətirilib.

 

“Moldova Respublikasının tanınmamış Dnestryanı bölgəsində Rusiya ordusunun əməliyyat qrupları döyüş hazırlığı vəziyyətinə gətirilib, hüquq-mühafizə orqanları gücləndirilmiş xidmətə keçirilib” -mətbuatın məlumatına görə, bu barədə Ukrayna Baş Qərargahının saat 18:00-a olan mövcud göstəricilərə istinadən yaydığı bəyanatda deyilir.

 

Ukrayna Prezident Ofisində bu gün bildiriblər ki, Rusiya Dnestryanıda sabitliyi pozmaq istəyir.

 

Moldova prezidentinin sərəncamı ilə Dnestryanı bölgədə baş verən hadisələr səbəbilə ölkə ərazisində və sərhədlərində təhlükəsizlik tədbirləri gücləndiriləcək.