Avqust 10, 2022

Ukrayna Baş Qərargahı: Rusiya Mariupol limanı istiqamətində hücuma keçib

Ukrayna Baş Qərargahı: Rusiya Mariupol limanı istiqamətində hücuma keçib

Rusiya Ordusu “Azovstal” metallurgiya zavodu və Mariupol dəniz limanı istiqamətində hücuma keçib.

 

Adekvat.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının “Facebook” hesabında qeyd olunub.

 

“Düşmən Donetsk və Tavriçesk istiqamətindən Mariupola aviasiya zərbələrini davam etdirib. O, “Azovstal” metallurgiya kompleksi və dəniz limanı istiqamətində hücum əməliyyatı həyata keçirir”, – məlumatda bildirilib.

 

Məlumatda əlavə olunub ki, Ukrayna döyüşçüləri ötən sutka ərzində Donetsk və Luqansk regionlarında Rusiya qüvvələrinin 6 hücumunu dəf edib və iki avtomobil texnikasını, 3 artilleriya sistemini məhv edib.