Sentyabr 28, 2022

Rusiya hərbçiləri Xarkovda marketi atəşə tutdu: Dörd ölü, 15 yaralı

Rusiya hərbçiləri Xarkovda marketi atəşə tutdu: Dörd ölü, 15 yaralı

Rusiya hərbçiləri martın 6-da Xarkovda yerləşən marketə artilleriya zərbələri endiriblər.

Bu barədə Ukrayna Baş prokurorunun ofisindən məlumat verilib.

Hadisə nəticəsində dörd nəfər həlak olub, 15 nəfər yaralanıb. Akademik Valter küçəsində yerləşən “Xəzər” marketinə zərbə yerli vaxtla 12:00-da endirilib.

Faktla bağlı Xarkov vilayət prokurorluğu cinayət işi başladıb.