Energetikası güclü olan insanın 7 əlaməti

Energetik güclü insan fiziki və ruhən sağlam, güclü, irəli gedən, ətrafını da arxasıyca aparan, daim müsbət enerjili və güclü auralı insanlardır.
Əgər bunlardan ən azı 4-ü sizdə varsa, sevinmək olar. Əgər ətrafınızda kimdəsə belə əlamətli insanlar varsa, onlara yaxın ola bilərsiz.
Enerjisi güclü insanları başqalarından fərqləndirən 7 amil:
– Aurası təmizdir, çakraları işləyir, bu adamlar nadir halda xəstələnir
Əgər bir insanın aurası dəlik-deşikdirsə, onun enerjisi axacaq. O tez yorulur, başı ağrıyır, əzgin olur, xəstələnir.
– İşlərində uğurludur. Energetik güclü insanların şansı çox olur. Onlar bəzən manesiz, zəhmətsiz işlərini uğurla başlayır. Onlarla işləyən insanlar da bu uğurdan pay alır
– Üzü aydın, biosahəsi pozitiv saçır. Onun yanında insan rahat olur, ruhlanır, iş görür, ideyalar gəlir, yaratmaq istəyir. Belə adama aşiq olurlar.
– Yüksək energetikalı insanların gündəlik, illik problemləri az olur, kiçik problemlərdən isə danışmır, həyatın pis olması barədə heç vaxt düşünmür.
– – Energetikası təmiz insanlar liderdir. Hətta aşağı vəzifəli işdə olsa da, onunla hesablaşırlar. Kollektivin sevimlisi olur
– O, fiziki təsirlərə dözümlüdür, bədəni sağlamdır, qaməti yaxşıdır, başı yuxarıdır. Yorulmur. Amma həyat tərzi də normaldır.
– 7-ci əlamət – O, yenilik, dəyişikliklərə açıqdır. Eksperimentlərdən qorxmur, əhatəsini genişləndirir. Bu insanlar ünsiyyətə açıqdır.