Dekabr 6, 2022

Dünya bazarında neft bahalaşıb

Dünya bazarında neft bahalaşıb

Ticarət həftəsi ərzində orta hesabla 1-2%-lik ucuzlaşmadan sonra dünya bazarında neft korreksiya səbəbi ilə bahalaşıb. 24News.ge “Prime” agentliyinə istinadən xəbər verir ki, saat 08.50-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” neftinin yanvar fyuçersləri 0,36% bahalaşaraq, 1 bareli 83,96 ABŞ dollarına satılıb. WTI neftinin dekabr fyuçerslərinin qiyməti 0,17% qalxaraq, 1 bareli 82,95 ABŞ dolları təşkil edib. İnvestorlar bazara əlavə neft həcmlərinin daxil olması səbəb ola biləcək İranın Avropa İttifaqı ilə nüvə danışıqlarının bərpası perspektivlərini diqqətlə izləyirlər. Bundan başqa, COVID-19-a yoluxma hallarının artması bütün dünyada neftə olan tələbi zəiflədə bilər.