Dekabr 6, 2022

Ərdoğan Putinin altılıq formatında əməkdaşlıq platformasının yaradılmasını dəstəklədiyini bildirib

Ərdoğan Putinin altılıq formatında əməkdaşlıq platformasının yaradılmasını dəstəklədiyini bildirib

“Rusiya Prezidenti Vladimir Putin bölgədə altılıq formatında əməkdaşlıq platformasının yaradılmasını dəstəkləyir”. 24News.ge xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşdən qayıdarkən jurnalistlərə açıqlamasında bildirib. R.T.Ərdoğan “Vladimir Putinlə görüşdə bölgədə altılıq formatında əməkdaşlıq platformasının yaradılması məsələsi də gündəmə gəldimi” sualına belə cavab verib: “Vladimir Putin onsuzda bu məsələyə hər zaman hazırdır”. Ərdoğan Zəngəzur dəhlizi mövzusuna da toxunub: “Zəngəzur dəhlizi bütün bölgə üçün əhəmiyyətli bir fürsət olacaq. Burada həyata keçiriləcək avtomobil və dəmir yolu xətləri bütün bölgə ölkələri üçün ticarət və iqtisadi imkanlar gətirəcək. Azərbaycan bu dəhliz üçün geniş işlər görür. Təbii ki, Ermənistan tərəfi də öhdəliklərini yerinə yetirməlidir”, – deyə Ərdoğan bildirib. Qeyd edək ki, altılıq formatı Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və Ermənistan arasında əməkdaşlq platformasının yaradılmasını nəzərdə tutur.